Maraqlı

Super Mario həvəskarlarına müjdə

14 Mart 2020 21:25
0 Şərh     Baxış: 863
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Atari çağının ən məşhur oyunu olan Super Mario bir çoxları üçün hələ də vazkeçilməzliyini qoruyur.

Milli.Az ted.az-a istinadən bildirir ki, Lego şirkəti Super Mario personajlarının mini leqo versiyalarını hazırlamaq üçün Nintendo şirkətilə müqavilə bağlayıb.

Mario Lego adlandırılan oyunda Mario həm də kiçik LCD ekran əlavə edilib. Ekran leqo daşlarından Super Mario oyunu təşkil edən oyunçularla əlaqə üçün nəzərdə tutulub. Oyunçular oyunda yaşıl borular, sual blokları, lava daşları və hətta Goombas kimi leqo parçalarıyla qarşılaşacaqlar

Mario heykəlciyinin hər leqo kərpici ilə reaksiyaya girməsi üçün RFID texnologiysından istifadə edildiyi qeyd olunur. Ekranda oyunçulara Marionun ölüb-ölmədiyini, oyunun saniyəölçənini və digər detalları göstərən bildirişlər də yer alacaq.

Bundan əlavə, Marionun arxasında Bluetooth düyməsi var. Beləcə, daha əyləncəli funksiyaların əlavəsi üçün "Mario Lego" oyunu  "ağıllı" telefon tətbiqləri ilə bağlana biləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.