Maraqlı

“Microsoft” şirkəti “Windows 10” yeniləməsi ilə bağlı kritik problemləri etiraf edib

14 Mart 2020 07:11
0 Şərh     Baxış: 546
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Microsoft" korporasiyası "Windows 10" əməliyyat sistemi üçün "KB4535996" yeniləməsini yükləmiş istifadəçilərin şikayətlərinə reaksiya verib. Şirkət bu yeniləməni silməyi tövsiyə edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, sözügedən sistem yeniləməsindən sonra bir çox istifadəçilər "Sign Tool" proqramının işləməsindən, məhsuldarlığın aşağı düşməsindən, sistemin donması və sönməsindən, həmçinin "mavi ekran"la nəticələnən kritik səhvlərin yaranmasından şikayət edirdilər. Şirkət yalnız "Sign Tool" ilə bağlı yaranan problemləri etiraf edib və "KB4535996" yeniləməsini silməyi tövsiyə edib.

"Microsoft"un əməkdaşı, həmçinin istifadəçilərə dəstək forumunda məlumat verib ki, problemləri həll edən yeniləmə 2020-ci il martın ortalarında təqdim ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.