Maraqlı

Qanadları ən uzun təyyarənin sınaq uçuşları bərpa ediləcək - FOTO

13 Mart 2020 03:30
0 Şərh     Baxış: 1 438
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qanadları rekord uzunluğa malik "Stratolaunch" təyyarəsinin hazırlanması ilə məşğul olan ABŞ-ın "Stratolaunch Systems" aerokosmik şirkəti 2020-ci ilin sentyabrında "Model 351" adlı hava gəmisinin sınaq uçuşlarının bərpasını planlaşdırır. Bu barədə şirkətin vitse-prezidenti Mark Bitterman bildirib.

Milli.Az "ICTnews"a istinadən xəbər verir ki, "Stratolaunch" təyyarəsinin təşəbbüskarı "Microsoft" korporasiyasının mərhum həmtəsisçisi Pol Allen olub.

"Stratolaunch" uçuş trayektoriyasını effektiv seçməyə və az enerji sərf etməyə imkan verən raket və kosmoplanların buraxılışı üçün "hava startı" sistemi kimi hazırlanıb. İkifüzelyajlı (ikigövdəli) təyyarənin qanadlarının uzunluğu 117 metrdir və bu göstəriciyə görə onun dünyada tayı-bərabəri yoxdur. Təyyarənin uzunluğu 72 metr, hündürlüyü 15 metr, çəkisi 226,8 ton, maksimal uçuş kütləsi isə 589,7 ton təşkil edir. Əvvəlcə uçuş-enmə zolağında sınaqları keçirilən "Stratolaunch" 2019-cu ilin aprelində ilk dəfə havaya qalxıb. Ötən ilin oktyabrında isə "Stratolaunch Systems" şirkətinin sahibi dəyişib.

Vitse-prezidentin sözlərinə görə, şirkət tərəfindən "Stratolaunch Model 351" təyyarəsinin uçuşları davam etdiriləcək, lakin bu dəfə ondan raketlərin buraxılışı üçün deyil, şirkət və digər istehsalçılara məxsus atmosfer və suborbital hipersəsli aparatlar üçün daşıyıcı qismində istifadə nəzərdə tutulur.

Hazırda şirkət ABŞ Federal Mülki Aviasiya İdarəsindən (FAA) uçuşlar üçün icazə almağa çalışır. Sentyabrda uçuşlar bərpa olunacağı təqdirdə təyyarə ayda ən azı bir uçuş həyata keçirəcək. "Stratolaunch Model 351" təyyarəsindən istifadə ideyasına bir neçə il sonra qayıtmaq planlaşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.