Maraqlı

Meteoroloji göstəricilər qış fəslinin faktiki olaraq fevral ayında bitdiyi fikrini söyləməyə əsas verir

6 Mart 2020 08:19
0 Şərh     Baxış: 1 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elmi araşdırmalar göstərir ki, bu il qış fəslində qeydə alınmış temperatur əvvəlki illərlə müqayisədə ən yüksək həddə olub.

Milli.Az bildirir ki, AZƏRTAC Kopernikus İqlim Dəyişikliyi Xidmətinə istinadla xəbər verir ki, 2019-cu ilin dekabr və 2020-ci ilin fevral aylarındakı orta temperatur müvafiq aylar üzrə 1981-ci ildən 2010-cu ilə qədərki göstəricilərlə müqayisədə 3,4 dərəcə yüksəkdir. Son rekord göstərici 2015-ci ilin dekabr və 2016-cı ilin fevral aylarında qeydə alınıb. Ancaq builki göstərici həmin dövrlə müqayisədə daha 1,4 dərəcə artıqdır.

İstiləşmənin bu həddi meteorologiya və astronomologiya sahəsində də dəyişikliklərə səbəb olur. Qış fəslinin son gününün təqvim üzrə mart ayının 20-si hesab olunmasına baxmayaraq araşdırmalar göstərir ki, meteoroloji göstəricilər qış fəslinin faktiki olaraq fevral ayında bitdiyi fikrini söyləməyə əsas verir. Qitənin şimal və şərq bölgələrində, xüsusən də Sibir və Mərkəzi Asiya bölgələrində istiləşmədə artım daha kəskin şəkildə qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.