Maraqlı

“Google” axtarış sisteminin alternativi təqdim olunub

8 Mart 2020 19:15
0 Şərh     Baxış: 641
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Huawei" şirkəti "Google" servisinin alternativi olan xidmət təqdim edib. Söhbət "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlar üçün hazırlanan axtarış sistemindən gedir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Huawei Search" adlı axtarış sistemi internetdə axtarış nəticələrinin göstərilməsini dəstəkləməklə yanaşı, informasiyanı "Xəbərlər", "Şəkillər" və "Video" kateqoriyaları üzrə bölür, eləcə də ölçü vahidlərini çevirir, hava haqqında ətraflı məlumatlar göstərir və axtarış nəticələrinə smartfona quraşdırılmış mobil əlavələri daxil edir. Quraşdırmalarda istifadəçi sorğu tarixçələrinə baxa və ya onu söndürərək servisin işi barədə rəy yaza, regionu və dili dəyişə, eləcə də təhlükəsiz axtarış funksiyasını aktivləşdirə bilər.

Yeni servisin beta testinə Birləşmiş Ərəb Əmirliklərinin ərazisində başlanılsa da, artıq "Huawei Search" axtarış sistemini "APK" (Android Package) formatlı fayl şəklində müstəqil quraşdırma üçün yükləmək mümkündür.

Qeyd etmək lazımdır ki, söhbət mobil əlavənin ilkin versiyasından gedir və stabil versiyanın buraxılışından sonra onun funksionallığına dəyişikliklər oluna bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.