Maraqlı

Koronavirusdan qorunmaq üçün bu qabaqlayıcı tədbirləri görmək vacibdir

7 Mart 2020 20:10
1 Şərh     Baxış: 1 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı açıqlama yayıb.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, ÜST sosial şəbəkələrdə koronavirusla bağlı yayılan saxta xəbərlərə etibar etməməyi, məlumatı yalnız Azərbaycandakı rəsmi qurumlardan və ÜST-nin sosial şəbəkələrdəki səhifələrindən əldə etməyinizi tövsiyə edir: "Yayılmış əsassız xəbərlər koronavirus xəstəliyindən (COVID-19) daha təhlükəlidir".

Qeyd olunub ki, hazırda Azərbaycanda koronavirus xəstəliyinə (COVID-19) yoluxma halı qeydə alınmayıb. ÜST aidiyyəti qurumlarla daimi təmasdadır. Ölkədə koronavirusa yoluxma halının müəyyənləşdirilməsi üçün diaqnostik alətlər dəsti mövcuddur və şübhəli şəxslərdən götürülən nümunələrin diaqnostikası həmin alətlər vasitəsilə aparılacaq.

ÜST hər ehtimala qarşı aşağıdakı qabaqlayıcı tədbirləri görməyi vacib sayır:

Kəskin respirator virus infeksiyalarına yoluxmuş insanlarla təmasdan çəkinmək;
Əlləri tez-tez yumaq, xüsusilə xəstə insanlarla və onların əşyaları ilə təmasdan sonra;

Respirator xəstəliyin simptomları müşahidə olunan şəxslər bu qaydalara riayət etməlidir:

Öskürərkən və asqırarkən məsafə saxlamaq, ağız və burnu kağız dəsmal və ya dirsək bükümü ilə bağlamaq;

ÜST beynəlxalq səfərlərlə bağlı hər hansı bir məhdudiyyətin tətbiq olunmasını tövsiyə etmir. Səfərdən öncə, ərzində və ya sonra respirator xəstəliklərin simptomları müşahidə olunarsa, səfər edən şəxslərin həkimə müraciət etmələri və səyahət tarixçələrini bölüşmələri məsləhət görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.