Maraqlı

Huawei rəsmisi: Ötən il 240 milyon smartfon istehsal edilib

5 Mart 2020 21:45
0 Şərh     Baxış: 995
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şirkət 10 milyondan çox 5G-ni dəstəkləyən smartfon satıb

"Huawei şirkəti ötən il 240 milyon smartfon istehsal edib. Bu nəticəyə görə, şirkət dünya üzrə ikinci yerdə qərarlaşıb".

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda şirkətin istehsal işləri üzrə direktoru Yu Chengdong deyib.

O, bildirib ki, kompüter istehsalı 200%, daşınan cihazların istehsalı isə 170% artıb: "Şirkətin istehsal etdiyi 5G şəbəkəsini dəstəkləyən smartfon istehsalı isə 10 milyonu ötüb".

Qeyd edək ki, bəzi analitiklərin proqnozuna əsasən, Huawei şirkəti 5G-ni dəstəkləyən mobil cihazların satışını təkcə Çində 100 milyona çatdıracaq.

Yu Chengdong onu da qeyd edib ki, ötən il bazar araşdırmasına qoyulan sərmayə 50 milyard dollardan çox olub: "Bu rəqəmlə şirkət dünyaca doqquzuncu yerdədir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.