Maraqlı

iPhone-un ənənəvi illik təqdimat tədbiri təxirə salınacaq?

3 Mart 2020 21:40
0 Şərh     Baxış: 1 270
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus səbəbindən Apple-ın sentyabr ayında keçiriləcək ənənəvi smartfon təqdimatı təxirə salına bilər.

Milli.Az ted.az-a istinadən bildirir ki, iPhone-un kütləvi istehsalına əsasən yay aylarında başlanılır. Bu baxımdan da yeni modellərin təqdimatı sentyabr ayında nümayiş olunur. Bununla bağlı olaraq, şirkət tərəfindən hər il bir neçə əməkdaş Çinə ezam olunur. Lakin bu il Çində tüğyan edən koronavirus epidemiyası buna mane ola bilər. Apple rəhbərliyi işçilərin sağlamlığını təhlükə altına salmaq istəmədiklərini bildiriblər. Amerika Texnologiya nəhəngindən yayılan bu açıqlamadan dünya mediasına şirkətin ənənəvi təqdimat mərasiminin təxirə salınacağı ilə bağlı müxtəlif mülahizələr irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.