Maraqlı

Avropa Komissiyasının əməkdaşları “Signal” messencerindən istifadəyə başlayıblar

3 Mart 2020 08:59
0 Şərh     Baxış: 1 472
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Komissiyasının əməkdaşlarına işgüzar yazışmaları yalnız "Signal" messencerində aparmaq tövsiyə edilib. Qurumun rəhbərləri bu tədbirin onların kommunikasiya təhlükəsizliyini artıracağına əmindirlər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Avropa Komissiyası öz əməkdaşlarından digər messencerlərdən imtina edərək "Signal" proqramından istifadə etməyi tələb edib.

"Sözügedən messencer "WhatsApp" və "iMessage"ə oxşardır, amma çox innovativ şifrləmə protokoluna malikdir - Lyoven Universitetinin kriptoqrafiya mütəxəssisi Bart Priniel deyib.

"Politico" nəşrinin müəllifləri əmindirlər ki, bu dəyişikliklər Avropa Komissiyasının diplomatlarının və rəsmi şəxslərinin işinə təsir etmiş səs-küy yaratmış hadisələrlə bağlıdır.

"Signal" messenceri 2013-cü ildə şəxsi həyatın toxunulmazlığı hərəkatının aktivistləri tərəfindən hazırlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.