Maraqlı

Uşaqlarda böyrək çatışmazlığının simptomları hansılardır?

27 Fevral 2020 22:35
0 Şərh     Baxış: 1 581
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uşaqlarda böyrək çatışmazlığının müəyyən əlamətləri var.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, uzun və davamlı irəliləyən böyrək çatışmazlıqlarının ilk illərində sidiyin miqdarının azalması, halsızlıq, iştahasızlıq, qusma, üzdə və ayaqlarda şişmələr, nəfəs darlığı müşahidə edilir. Bundan əlavə uşaq gecələri bir neçə dəfə sidiyə qalxa bilər. Zamanla böyümə yavaşlayır, sümük inkişafı pozulur, sümüklərdə əyilmələr görünür; halsızlıq, iştahasızlıq, solğunluq müşahidə edilir.

Uşaqlarda belə hallar müşahidə edilərsə, dərhal həkimə müraciət etmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.