Maraqlı

Bu ildən Dünya Mühəndislik Günü qeyd ediləcək

26 Fevral 2020 00:45
2 Şərh     Baxış: 1 064
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martın 4-də UNESCO-nun mənzil-qərargahında Dünya Mühəndislik Günü ilk dəfə qeyd ediləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, UNESCO və onun tərəfdaşı olan Dünya Mühəndis Təşkilatları Federasiyası Dayanıqlı İnkişafın Məqsədlərinə çatmaqda mühəndisliyin vacib roluna həsr edilən konfrans keçirməyi planlaşdırır. Konfrans bir neçə sessiyanı, panel müzakirələri, əsas məruzələri, təqdimatları, mühəndislik fəaliyyəti ilə maraqlanan gənclər üçün seminarları əhatə edəcək. Həmçinin mühəndisliyə dair UNESCO-nun ikinci məruzəsi təqdim olunacaq.

Xatırladaq ki, Dünya Mühəndislik Günün qeyd olunması haqqında qərar ötən il UNESCO baş konfransının 206-cı sessiyasında qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.