Maraqlı

Allahın ruhu vardırmı?

28 Fevral 2020 21:10
0 Şərh     Baxış: 1 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər bir canlının ruhu vardır, Allahın ruhu vardırmı? Quranda elə ayələr vardır ki, ruhu Allaha nisbət verir və buyurur: "Elə ki, onu düzəltdim və ona Öz ruhumdan (mübarək və Özümə layiq ruhdan) üfürdüm, hamılıqla ona (təzim üçün) səcdə halında üzü üstə düşün!". ("Hicr" 29).

"Həqiqətdə Məryəm (s.ə) oğlu İsa Məsih (ə) Allahın elçisi, Məryəmə təlqin etdiyi bir kəlmə ("ol!" kəlməsi ilə onu Məryəmin bətnində yaradıb) və Onun tərəfindən olan (və canlara həyat bəxş edən) bir ruhdur". ("Nisa" 171).

Allahın ruhu vardırmı sualına cavab vermək üçün ilk əvvəl ruh sözünün mənalarına diqqət edək. Ruh sözü Quranda 21 dəfə işlənmişdir və təfsirçilərin dediyinə görə, ruhun səkkiz mənası vardır:

1. Ruh mələk mənasında işlənmişdir (Cəbrayil (ə). Ona həm də Ruhul-əmin, Ruhul-qudus da deyilir.

2. Mələk və ya onlardan da üstün bir varlıq.

3. Həzrət İsaya (ə) ruh sözü nisbət verilmişdir.

4. Ruh Quran mənasında işlənmişdir. "Və beləcə (bu üç yolla) sənə Öz əmrimizdən bir ruh (Öz fərmanımızdan qaynaqlanan Qur'an və dini təlimlər) vəhy etdik". ("Şura" 52).

5. Həzrət Məryəmə (s.ə) nazil olan mələk ruh adlandırılmışdır.

6. Allaha mələklərlə bir yerdə xidmət edənlərə də ruh adı verilmişdir. "Mələkləri Öz əmri ilə ruhla (vəhy və Qur'anla) birlikdə bəndələrindən istədiyinə nazil edir". ("Nəhl" 2).

7. Bəzən ruh - İlahi aləmdəki əmrin həqiqəti kimi göstərilmişdir.

8. İnsanın ruhu.

İndi isə suala qayıdaq. Əgər söhbət insanın ruhundan gedirsə, Quran buyurur: ""Elə ki, onu düzəltdim və ona Öz ruhumdan (mübarək və Özümə layiq ruhdan) üfürdüm, hamılıqla ona (təzim üçün) səcdə halında üzü üstə düşün!". ("Hicr" 29).

Yaxşı bilirik ki, hər bir canlının mahiyyəti vardır və əgər onların mahiyyətini bilməsək, onu tanıya bilmərik. Mahiyyət dedikdə, yəni həmin məxluqun varlıq həddi nəzərdə tutulur. Allahın varlığı sonsuzdur və mahiyyətdən uzaqdır. Bu, o deməkdir ki, Allah bəsitdir. Əgər insan kimi Allahın da ruha malik olduğunu düşünsək, onda gərək Allah da insan kimi mürəkkəb olsun və hissələrdən təşkil olunsun. Ancaq Allah belə olmaqdan uzaqdır. Ona görə də Allahın ruhu yoxdur və o ayədə deyilir ki, Allah öz ruhundan üfürübdür, təfsirə ehtiyac duyan ayələrdəndir. Allahın ruhu yoxdur. Quran ruh sözünü Allaha ehtiram üzündən nisbət verir. Necə ki, Kəbə evini Allahın evi kimi tanıdır. Ya Ramazan ayını Allahın ayı kimi tanıdır. Ruh da əzəmət və şərafətinə görə Allaha nisbət verilmişdir. Ona görə də Həzrət İsaya (ə) da Allahın ruhu deyirlər.

İmam Sadiq (ə) Həzrət İsanın (ə) belə adlandırılması ilə bağlı buyurmuşdur: "Ruh dedikdə məqsəd o məxluqdur ki, Allah onu Adəmin (ə) və İsanın (ə) varlığına qoymuşdur".

Əgər Allahın ruhu kimdəsə olsaydı, o da Allah kimi əbədi və əzəli olardı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.