Maraqlı

“Huawei” 5G-nin kommersiya istifadəsi üçün 91 müqavilə bağlayıb

27 Fevral 2020 07:11
0 Şərh     Baxış: 1 077
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çinin "Huawei" şirkəti 5G texnologiyasının kommersiya istifadəsi üçün  91 müqavilə bağlayıb. Bu haqda Sinxua agentliyi məlumat verib.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, məlumata görə, beşinci nəsil mobil şəbəkələrinin inkişafı üzrə müqavilələrin 50%-dən çoxu Avropada imzalanıb.
 
Fevralın əvvəlində bildirilmişdi ki, Böyük Britaniya "Huawei"nin köməyi ilə öz 5G şəbəkəsini qurmaq istəyir. Britaniyalılar milli təhlükəsizliklə bağlı obyektlər istisna olmaqla Çin şirkətinə 5G şəbəkəsinin yaradılması layihəsində məhdud iştirak imkanı yaradıblar. Bundan başqa, Avropa İttifaqı "Huawei" şirkətinin Avropanın növbəti nəsil kommunikasiya layihələrində iştirakına qadağa qoyulmasından imtina edib. Bununla da ABŞ-ın Çin yüksək texnologiyalarını təcrid etmək cəhdlərinə ciddi zərbə vurulub.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.