Çindəki bazardan dünyaya yayılan virusla bağlı dəhşətli detallar ÜZƏ ÇIXDI - ŞOK FOTOLAR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çinin Vuhan şəhərində yayılan və yüzlərlə insanın ölümünə səbəb olan koronavirusun ortaya çıxması ilə bağlı versiyalar analiz edilib.
Milli.Az xəbər verir ki, yeni tip koronavirus Kəskin Tənəffüs Yolu Sindromu (SARS-CoV) və Yaxın Şərq Tənəffüs Çatışmazlığı Sindromu (MERS-CoV) ilə eyni mənbədən gəlir. Bu iki sindromda da virusun qaynağı yarasadır. Lakin onun insana keçməsi üçün "vasitəçi" heyvan lazımdır.
"Tibbi Virusologiya" jurnalında yayımlanan araşdırmada yeni virusun qaynağının yarasa ola biləcəyi ehtimalı üzərində dayanılıb. Lakin koronavirusun insana keçməzdən əvvəl mutasiyaya uğraması ehtimal edilir. Araşdırmaçılar bu nöqtədə yeni virusun biri yarasadan yoluxmuş iki koronavirusun birləşməsi ola biləcəyini iddia edir.
ƏN BÖYÜK EHTİMAL - İLAN
Çinin Pekin Universiteti Səhiyyə Elmləri Mərkəzindən olan Vey Ci ilə Pekin, Nanninq, Ninqbo və Vuhan şəhərindən olan tədqiqatçılar virusa yoluxanlardan götürdükləri gen nümunələrindən yola çıxaraq müəyyən etdikləri genetik kodu fərqli növdə heyvanlardan alınan 217 koronavirusla qarşılaşdırıb. Araşdırmaçılar "2019-nCoV"dakı protein kodlarının daha çox Çində yaşayan 2 ilan növünün daşıdığı koronaviruslarla oxşarlıq təşkil etdiyini ortaya çıxarıb. Araşdırmanın nəticəsi virusun ilandan keçmiş ola biləcəyinə işarə verir.
İlanların Vuhan şəhərində virusun ortaya çıxdığı düşünülən dəniz məhsulları bazarında satılması virusun əvvəlcə yarasadan ilana, onlardan da insanlara yoluxması ehtimalını ağıla gətirir.
Buna baxmayaraq, Pekindəki Zoologiya İnstitutunun araşdırmaçısı Cinq Ayxua virusun qaynağı ilə bağlı olaraq təkcə genetik kodlaşdırmadakı oxşarlıqların bəs edəcək dəlil olmadığını söyləyib.
Qeyd edək ki, virusu tənəffüs, asqırıq və öskürək zamanı hava yolu ilə keçir. İlkin simptomları yüksək temperatur, boğaz ağrısı, öskürək, nəfəs çatışmazlığı və ishaldır. Bir müddət sonra sətəlcəm və böyrək çatışmazlığına səbəb olur.
Epidemiya 30-a yaxın ölkədə ortaya çıxıb. (publika.az)
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Dəmir yolları tezliklə yenidən Xankəndiyə aparacaq - (Video)
-
F1 pilotu: "Bakıda tez-tez maraqlı yarışlar keçirilir"
-
Tıxacda avtomobillərin üstündən keçə bilən cip - (Video)
-
Ajda Pekkan səhnədə göz yaşları tökdü - (Video)
-
Türkiyədə məktəbə silahlı hücum edən şəxsin görüntüləri ortaya çıxdı - (Video)
-
Qranit Caka İsveçrə millisindən uzaqlaşdırıldı
XƏBƏR LENTİ
-
Klinikada qanun pozuntuları aşkarlandı - 26 min manat cərimə
-
Prezident İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir
-
DYP kənd texnikası sürücülərinə müraciət etdi
-
Türkiyədə 9-cu sinif şagirdi hadisəni “qız məsələsi”nə görə törədibmiş - Təfərrüat
-
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Sumqayıtda avtomobil 53 yaşlı piyadanı vuraraq öldürdü
-
Sentyabrın 23-də Azərbaycanda hava necə olacaq? - Proqnoz
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - (Video/Foto)
-
Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı
-
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
-
Dəmir yolları tezliklə yenidən Xankəndiyə aparacaq - (Video)
-
F1 pilotu: "Bakıda tez-tez maraqlı yarışlar keçirilir"
-
Türkiyədə liseyə silahlı hücumda yaralananların sayı artıb - (Yenilənib)
-
Sabun hazırlaması ilə tanınan Zeynəb Tağıyeva vəfat etdi
-
Tıxacda avtomobillərin üstündən keçə bilən cip - (Video)
-
Bakıda tozlu hava neçə gün davam edəcək?
-
"TRUMP TV" fəaliyyətə başladı
-
Ajda Pekkan səhnədə göz yaşları tökdü - (Video)
-
Türkiyədə məktəbə silahlı hücum edən şəxsin görüntüləri ortaya çıxdı - (Video)
-
Azərbaycanda bu şəxslərin evlənməsi qadağandır - Siyahı
-
Qranit Caka İsveçrə millisindən uzaqlaşdırıldı
-
Konqres Mərkəzində tüstülənmənin səbəbi bilindi





