Maraqlı

“Sony” ucuz smartfonunu təqdim edib

25 Fevral 2020 08:31
0 Şərh     Baxış: 1 798
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sony" şirkəti ucuz "Xperia L4" smartfonunu təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni aparatın ekranının tərəflər nisbəti 21:9 təşkil edir. Displeyin diaqonalı 6,2 düym, təsvir ölçüsü HD formatıdır. Smartfon 13, 5 və 2 mp-lik təsvir ölçülü üçqat əsas kamera ilə təchiz edilib. Ön kameranın təsvir ölçüsü 8 meqapikseldir.

"Sony Xperia L4" smartfonu "MediaTek Helio P22" prosessoru ilə təchiz edilib. Bu çipin məhsuldarlığı təxminən "Snapdragon 625" ilə müqayisə edilə bilər. Aparatın əməli yaddaşı 3 QB, daxili yaddaşı isə 4 QB-dır. Akkumulyatorun tutumu 3580 milliamper/saat təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.