Maraqlı

“Apple” qurğularında standart proqramları dəyişmək mümkün olacaq

25 Fevral 2020 07:01
0 Şərh     Baxış: 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti istifadəçilərə "iPhone" və "iPad" qurğularında standart mobil proqramları dəyişməyə imkan yaradacaq. Bu barədə "Bloomberg" agentliyinin jurnalisti Mark Qurman məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, onun sözlərinə görə, hazırda şirkət istifadəçilərə standart proqram kimi avtomatik işləyən kənar əlavələrin seçilməsi üçün icazənin verilməsi variantını nəzərdən keçirir. Məsələn, dəyişikliklər istifadəçilər tərəfindən digər əlavələrlə əvəzlənə bilənəcək "Safari" brauzerinə və "Mail" elektron poçtuna şamil ediləcək. Jurnalist qeyd edib ki, şirkətin hazırkı siyasəti rəqabətə ziyan vurur və nəzarətedici orqanlarda narahatlıq doğurur.

Bildirilir ki, "Apple" qurğularında, həmçinin kənar musiqi servislərindən istifadə üçün məhdudiyyətlərin aradan qaldırılması müzakirə olunur.

"Bloomberg" ekspertlərinin ehtimalına görə, məhdudiyyətlərin aradan qaldırılması məhsulların, xüsusilə "HomePod" "ağıllı" kolonkasının satışına müsbət təsir edəcək.

Ən optimistik proqnoza görə, "iPhone" və "iPad" qurğularına quraşdırılmış əlavələrin statusunu dəyişmək imkanı nümayişi iyunda baş tutacaq "iOS 14" əməliyyat sistemində mümkün olacaq. Agentliyin hesablamasına görə, sonuncu aktual əməliyyat sisteminə quraşdırılan əlavələrin sayı 38 təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.