Maraqlı

Vuhana yollanan həkimlərdən qeyri-adi addım - FOTO

14 Fevral 2020 22:04
0 Şərh     Baxış: 1 490
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusla mübarizə üçün Çinin Vuhan şəhərinə Xian Beynəlxalq Mərkəzi Xəstəxanasının 228 nəfərdən ibarət həkim və tibb işçisi briqadası yollanıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, onlardan bəziləri qoruyucu tibbi geyimi və maskanı geyinməyi asanlaşdırmaq üçün saçlarını kəsdirib. Onların bu addımı Çin və digər ölkələrdə medianın gündəminə düşüb. Hər kəs bu tibb işçilərinin atdığı addımı təqdirəlayiq hesab edib və onlara təşəkkür edib.

Briqadadan olan gənc bir həkim isə saçlarını kəsdiyinə görə təəssüflənmədiyini bildirib:

"BU elə də pis hadisə deyil. Saçlarım yenidən çıxa və külək dəydikcə əvvəlki kimi uzana bilər. Uzun saçlarım olanda mən yenidən Vuhan şəhərinə gələrəm"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.