Maraqlı

Unutqanlığın səbəbi anemiya ola bilər - DİQQƏT

8 Fevral 2020 20:22
0 Şərh     Baxış: 983
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Solğunluq, halsızlıq və tez yorulmanın altında bir çox gizli səbəb ola bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, türkiyəli professor Fatma Deniz bildirib ki, yuxu və iştah pozğunluğu, əllərdə və ayaqlarda nevroloji qıcolmalar, müvazinət problemi, unutqanlıq və s. kimi şikayətləri olanlar qan azlığı, dəmir, B12 vitamini miqdarını analiz etdirməlidir.

Doktor hazırda cəmiyyətin böyük əksəriyyətinin anemiyadan əziyyət çəkdiyini vurğulayıb. Onun sözlərinə görə, əgər dərinin, dodaqların,ağız içinin solğunluğu kimi əlamətlər varsa demək anemiyadan əziyyət çəkirsiniz. Həmçinin unutqanlıq probleminin ən böyük düşməni qan azlığıdır.

O əlavə edib ki, hər 3 ildə bir insan orqanizmində B12 vitamini boşalır. Bu səbəbdən onurğamız zədələnir, bir sıra nevroloji problemlər ortaya çıxır. Bu 3 il ərzində yavaş-yavaş qansızlıq yaranır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.