Maraqlı

Motorola RAZR (2019) smartfonunun ekranı 4 saatlıq dözümlülük testindən keçib

11 Fevral 2020 08:15
0 Şərh     Baxış: 747
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qatlana bilən Motorola RAZR (2019) smartfon modelinin satışlarına start verilməzdən öncə bəzi istifadəçilər artıq onun konstruksiyasındakı problemlərdən şikayətləniblər. Belə ki, dünən verdiyimiz xəbərdə qeyd olunmuşdu ki, sözügedən smartfonu vaxtından əvvəl əldə etmiş bir sıra istifadəçilərin sözlərinə əsasən Motorola RAZR (2019)-dan bir neçə gün istifadə edəndən sonra onun konstruksiyasında olan şarnir heç də xoşagəlməyən cırıltı səsi ilə çalışır. Bundan əlavə olaraq smartfonun sərgi üçün nəzərdə tutulmuş versiyasının gözlənilmədən sıradan çıxması xəbəri də ortaya çıxdı.

Milli.Az technote.az-a istinadən bildirir ki, bu smartfonun konstruksiyasının gündəlik istifadə üçün nə dərəcədə dözümlü olduğunu yoxlamaq üzrə jurnalistlər öz testlərini keçirdiblər. Bu barədə 4pda saytı xəbər verib. Youtube-da təqdim edilmiş 4 saatlıq videoda Motorola RAZR (2019) smartfon modelinin xüsusi cihaz vasitəsilə test olunması əks olunub. Həmin cihaz smartfonu dayanmadan açıb və qatlayıb. Testin startından 3 saat 30 dəqiqə sonra (27.000-dən bir qədər çox qatlanma dövrü) smartfon ekranında xəta baş verib.

Lakin onu yenidən işə salandan sonra smartfon çalışmağa davam edib. Testlərdən sonrakı vizual baxış zamanı smartfonun kənar şarnirinin və gövdəsinin zədələnməsi hallarına rast gəlinməyib. Qatlanma xəttində isə heç bir əlavə qat əmələ gəlməyib. Lakin buna baxmayaraq videonun müəllifi qeyd edib ki, növbəti istifadə zamanı smartfonun şarnir konstruksiyası cırıltı səsi ilə çalışır. Qeyd etmək lazımdır ki, Motorola RAZR (2019) smartfonu 19 fevral tarixində 1499$ qiymətində satışa çıxacaq

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.