Maraqlı

"Həzzə doğru" 24,6 milyon dollara satıldı

7 Fevral 2020 08:26
0 Şərh     Baxış: 1 462
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın paytaxtı Londonda keçirilən impressionizm və modernizm, sürrealizm sənəti hərraclarının nəticələrinə görə "Christie's" satış evinin son qazancı ümumilikdə 138 milyon dollar təşkil edib. Hərracda 17 ölkədən alıcılar iştirak edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hərracin top-lotu Rene Marqritin 24,6 milyon dollara satılan "Həzzə doğru" adlı rəsm əsəri olub.

Satış evinin nümayəndəsi bildirib ki, ikinci yerdə 21,2 milyon dollara satılan Tamara de Lempitskanın "Marcori Feriinin portreti" gəlir. Yuxarıda qeyd olunan hər iki əsərin ilkin satış qiymətləri 8-12 milyon dollar olub.

Marqritin daha iki əsəri 5 və 3,9 milyon dollara satılıb.

Səkkizi istisna olmaqla bütün elan olunan əsərlər alınıb. Dörd lotun dəyəri on milyon dollardan yuxarı olub. Bununla yanaşı, keçən ilin fevral ayı ilə müqayisədə satışların 40 faiz azaldığı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.