Maraqlı

İtlər sahibəsini xərçəngdən xilas etdi

6 Fevral 2020 22:15
0 Şərh     Baxış: 2 274
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

65 yaşlı Linda Mankli 2 alman "ovçarka"sı saxlayır. Ötən ilin sentyabrında qadın itlərin özünü qəribə apardığını görür. Belə ki, istər gəzintidə, istər evdə köpəklər tez-tez qadının süd vəzisini qoxlayır və bərk-bərk sinəsinə qısılırdılar.

"Onlar əvvəllər buna bənzər hərəkət etməmişdilər. Nə qədər çəkindirsəm də, başqa vərdişlər öyrətsəm də itlərim bundan əl çəkmədi. Bu məni şübhələndirdi. Düzü əvvəlcə elə düşündüm ki, ürəyimdə nəsə var" - deyə qadın bölüşür.

Milli.Az medicina.az-a istinadən bildirir ki, qadın müayinədən keçir və ondan süd vəzinin aqressiv forma xərçəngi aşkarlanır.

Qadın kimyaterapiya müalicəsinə başlayır və bu müddətdə itləri özlərini narahat aparır, yenə sinəsinə qısılırdılar.

"Elə ki, sonuncu kimya bitdi və 1 həftə sonra həkim xərçəngə qalib gəldiyimi bildirdi, itlər məni qoxlamağı buraxdılar. Onda əmin oldum ki, daha məndən xəstəlik qoxusu gəlmir".

Valliyka hesab edir ki, itləri onu ölümdən qurtarıb və əgər geciksəydi, şiş irəliləyəcəkdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.