Maraqlı

Vitamin içməyin təhlükələri - YAXIN DURMAYIN

5 Fevral 2020 21:35
2 Şərh     Baxış: 1 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nəzarətsiz və davamlı vitaminlər qəbul edən insanlarda xərçəng riski artır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bunu türkiyəli professor Mustafa Özdoğan bildirib. Onun sözlərinə görə, çatışmazlıqları tamamlamaqdan əlavə olaraq çoxlu vitamin qəbulu zərərlidir. Təsadüfi istifadə olunan vitaminlər aqresivləşərək prostat,dəri və ağciyər xərçənginə çevrilə bilər.

Doktor bildirib ki, xərçəng son zamanlar gənclər arasında daha sürətlə inkişaf edir. Buna görə də vitaminlər vacibdir. lakin normadan artıq və pərakəndə halda istifadə heç bir müsbət nəticə verməyəcək.Hətta mənfi təsirləri qaçılmazdır. Əgər orqanizmdə əskik olan vitamin yoxdursa həmin vitamindən əlavə olaraq içmək də lazım deyil.Çünki misal üçün əlavə olaraq içdiyiniz bir C vitamini ,yediyiniz bir portağal ilə eyni təsiri vermir. Tam tərsinə ziyan olur.

Bugün dünya təcrübəsində həddən artıq vitaminin xərçəng yaratdığı məlumdur. Ona görə dünya ölkələri vityamin qəbulundan imtina edir. Bəzən uzun müddət siqaret içən şəxslər vitamin qəbul etməyə başlayır. Ancaq bu vitaminlər orqanizmdə heç də siz düşündüyünüz effekti yaratmır və xalis təhlükə mənbəyidir. Əgər vitamin qəbul etmək istəyirsinizsə bunu meyvə-tərəvəzlər yeyərək orqanizmə ötürə biərsiniz.

Professorun dediyinə görə, xərçənc əleyhinə tədbirlər vacibdir. Unutmaq olmaz ki, ucuz olan şey sizi qoryan vasitədir. Davamlı idman etmək, tərəvəzli qidalara üstünlük vermək, həddən çox çəki almamaq, spirtli içkilərdən uzaq durmaq, siqaret istifadə etməmək bu vasitələrdəndir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.