Maraqlı

Yaponiyada ən yeni texnologiyaların sınaqları üçün “superşəhər” tikiləcək

8 Fevral 2020 23:15
0 Şərh     Baxış: 1 075
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yaponiya Nazirlər Kabineti "superşəhər"in yaradılması haqqında qanun layihəsini təsdiqləyib. Bu barədə yerli "NHK" teleradio şirkətinin məlumatında deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, plana görə, "superşəhər"də ən son şəhər texnologiyalarının sınaqlarının keçirilməsi nəzərdə tutulur. Məsələn, məhsullar pilotsuz uçan aparatlar vasitəsi ilə çatdırılacaq, küçələrdə avtomatik idarəetmə sistemli avtomobillər hərəkət edəcək, bütün ödənişlər isə nağdsız aparılacaq.

"Superşəhər"in yaradılması süni intellekt texnologiyalarının geniş istifadəsinə gətirib çıxaracaq dördüncü sənaye inqilabının inkişafı üçün əsas rol oynayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.