Maraqlı

Qiyməti ilə təəccüb doğuran Nokia 5.2-nin ilk dəfə görüntüsü yayımlandı

5 Fevral 2020 22:15
0 Şərh     Baxış: 1 866
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son zamanlarda əlverişli qiymətə təqdim etdiyi cihazları ilə orta seqmentdə iddialı olan Nokia şirkəti tərəfindən yeni smartfon təqdim olunacaq. Xəbər sızdırmaqda tayı-bərabəri olmayan Evan Blass şəxsi Tvitter hesabında Nokia 5.2-nin canlı görüntülərini yayımlayıb.

Blassın sözlərinə görə, Finlandiya şirkətinin yeni telefonu 6 GB operativ yaddaş və 64 GB daxili yaddaşa malik olacaq. Android One proqramının bir hissəsi olduğu üçün Android 10 əməliyyat sistemi ilə təmin ediləcəyi gözlənilən Nokia 5.2, gücünü Snapdragon 632 çip setindən alacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, cihaz martın 4-də kifayət qədər sərfəli qiymətə 180 dollara satışa çıxarılacaq.

Yayılan görüntülər telefonun iddialı bir kamera performansına sahib olacağını göstərir. Telefonun 24-27 fevral tarixlərində İspaniyanın Barcelona şəhərində keçiriləcək Mobil Dünya Konqressi (MWC) 2020 çərçivəsində təqdim olunacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.