Baltikyanı ölkələr arasında ilk dəfə olaraq Estoniyada 46 kapsuldan ibarət otel açılıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, paytaxt Tallinndə yerləşən "Capsule Hostels Tallinn" adlı otelin gecələmə paketinə fərdi giriş kodu, həm binaya, həm də kapsula daxil olmaq üçün maqnit kart, yataq dəsti, dəsmal, yuyunmaq, mətbəxdən və çamaşırxanadan istifadə etmək daxildir.
Yataqdan əlavə, kapsulda Smart TV və televizor, qulaqcıqlar, yüksək sürətli internet, seyf, xüsusi havalandırma sistemi, habelə müxtəlif işıqlandırma rejimləri də mövcuddur.
Qeyd edək ki, kapsul otelləri şəbəkəsi ideyası ilk dəfə Yaponiyada yaranıb və 40 il ərzində təkmilləşdirilib.
Milli.Az