Maraqlı

Koronavirus 15 dəqiqəyə aşkarlanacaq- ALİMLƏR

1 Fevral 2020 19:52
0 Şərh     Baxış: 1 499
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin Vuxi bölgəsində çalışan uzmanlar yeni tip koronavirusa yoluxma halını 15 dəqiqədə müəyyən edə bilən test yaratdıqlarını açıqlayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının da fövqəladə vəziyyət elan etdiyi yeni tip koronavirusu üçün yaradılan test sınaq müddətindədir. Çin Elm və Texnologiyalar ofisindən verilən məlumata əsasən, yaradılan yeni test insanlarda koronavirusun olub-olmamasını 8-15 dəqiqə aralığında təyin edə biləcək.
Yaradılan testin bütün ərazilərə daşına bilən olması onun istifadəsini də asanlaşdırır.Artıq testlərin istehsalına başlanıldığı bildirilib. Alimlər tes vasitəsilə gündə təqribən 4min şəxsin yoxlana biləcəyini bildirib.

Hökumətin dəstəklədiyi test üsulunun Hubey bölgəsində istifadəsinə başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.