Maraqlı

İnsana laboratoriyada yetişdirilmiş ürək əzələsi köçürüldü

4 Fevral 2020 23:45
0 Şərh     Baxış: 1 016
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın Osaka Universitetinin alimləri ilk dəfə olaraq ürək əzələlərinin yeni transplantasiya növünü uğurla tamamladıqlarını elan ediblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, tədqiqatçılar ürəyi yenisi ilə əvəz etmək yerinə, ürək əzələsinin hüceyrələrini pasiyentin ürəyinin zərər görmüş hissələrinə tətbiq ediblər.

Alimlər bildiriblər ki, laboratoriya şəraitində yetişdirilmiş hüceyrələr pasiyentin orqanizmi tərəfindən mənimsənildiyi halda bir çox ürək xəstəlikləri zamanı donor orqan axtarmağa ehtiyac qalmayacaq.

Ürək əzələsi hüceyrələrini yetişdirmək üçün induksiya olunmuş pluripotent kök hüceyrələrindən istifadə edilib. Bu hüceyrələr yetkin insanın istənilən hüceyrəsini proqramlaşdırma yolu ilə yenidən embrional pluripotent vəziyyətinə qaytarmaqla yetişdirilir.

Osaka Universitetinin alimlər komandası ümid edir ki, təbəqədə yerləşdirilmiş əzələ hüceyrələri pasiyentin ürəyinin funksiyasını yaxşılaşdıraraq qan damarlarının regenerasiyasına imkan yaradan zülalı ifraz edəcək.

Təcrübə uğurlu alınarsa, bu prosedur ürəyin yenisi ilə əvəzlənməsinə alternativ olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.