Maraqlı

“Philips” məişət texnikasının istehsalını dayandıracaq

1 Fevral 2020 07:51
0 Şərh     Baxış: 745
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Royal Philips" məişət texnikası istehsalı üzrə biznesini satmaq niyyətində olduğunu açıqlayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkət məişət texnikasının istehsalı üzrə biznesini "Philips Group" daxilində ayrı bir struktura ayıracaq. Bu prosesə 12-18 ay vaxt lazımdır. Bundan sonra "Philips" şirkəti bu bölmə üçün alıcı tapmaq niyyətindədir.

"Biz son illərdə "Philips" şirkətinin mühüm hissəsinə çevrilən məişət texnikası bölməsinin göstəricilərini xeyli yaxşılaşdırmışıq. Lakin bu biznes tibbi texnologiyalar sahəsində dünya lideri kimi şirkətimizin strateji baxışlarına uyğun deyil" - şirkətin baş direktoru Frans van Houten deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.