Maraqlı

Samsung dünyanın ilk 5G planşetini təqdim edəcək

2 Fevral 2020 20:35
0 Şərh     Baxış: 568
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Samsung yanvarın 30-da ilk 5G dəstəkli planşet olan "Galaxy Tab S6"nı təqdim etməyə hazırlaşır.

Milli.Az ted.az-a istinadən bildirir ki, cihaz "əyləncə mərkəzi" kimi təqdim olunur - 10,5 düymlük AMOLED ekranı və 4 "Dolby Atmos" dinamikinə malikdir.

Ümumiyyətlə, spesifikasiyalar "Galaxy Tab S6" standart versiyasından fərqlənmir: Snapdragon 855 prosessoru, 7040 mAs batareya, 128 GB daxili yaddaşa malik planşetdə microSD üçün də dəstək var. Cihaz Android 9 Pie əməliyyat sistemilə işləyir. Bu ilin avqustunda isə Android 10-a daşınacağı gözlənilir.

"Galaxy Tab S6"nın başlanğıc qiyməti 990.000 von və ya 1431 manat təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.