Maraqlı

Nəbzi ölçən tənzimləyici hazırlanıb

25 Yanvar 2020 19:35
0 Şərh     Baxış: 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın "Japan Display" şirkəti tərəfindən nəinki barmaq izlərini oxumaq və damarları skan etməyi, həmçinin nəbzi ölçə bilən nazik və elastik tənzimləyici təqdim edilib.

Bu tənzimləyici əsasında nəbz dalğasını tuta biləcək biometrik identifikasiya sistemləri yaratmaq mümkün olacaq. O, müəyyən dərəcədə bu cür sistemlərin qorunma dərəcəsini artıracaq. Nəbz dalğası damarların və arteriyaların vəziyyətindən asılı olan fərdi parameter olduğu üçün "skaner"i aldatmaq mümkün olmayacaq.

Milli.Az chip.az-a istinadən bildirir ki, biometrik tənzimləyicinin qalınlığı cəmi on beş mikrometrdir. Onu istənilən yerə daşımaq üçün rahatlıqla əymək də mümkündür. Sensorun yaradılması, yüksək həssas üzvi fotodetektorların aşağı temperaturlu polisilikonlu nazik film transistorları ilə yüksək daşıyıcıların hərəkətliliyi ilə birləşdirilməsi sayəsində mümkün olmuşdur.

Tənzimləyici 500 dpi-dən yuxarı skanetməyə icazə verir və saniyədə qırxdan çox kadr istehsal edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.