Maraqlı

43 yaşlı çoxuşaqlı ana "Kainat gözəli" seçildi

22 Yanvar 2020 13:44
0 Şərh     Baxış: 2 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Missis Kainat gözəli - 2020" gözəllik müsabiqəsinin qalibi Rusiya təmsilçisi - 43 yaşlı çoxuşaqlı ana və uğurlu həkim Kseniya Verbitskaya olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müsabiqə yanvarın 21-də Bolqarıstanın paytaxtı Sofiyada keçirilib. Tac uğrunda dünyanın 36 ölkəsindən 40 yaşdan yuxarı ailəli qadınlar mübarizə aparıb.

Sankt-Peterburq şəhərindən olan Verbitskayanın dörd övladı var (16 yaşlı oğlan və 12, 8 və 3 yaşlarında qızlar). O, ginekoloq-endokrinloq işləyir, Argentina tanqosu ilə məşğul olur, ədəbiyyatla maraqlanır.

Qeyd edək ki, ötən il Verbitskaya "Missis Sankt-Peterburq Klassik" tituluna sahib olmuşdu. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.