Maraqlı

Məşhur yazıçının yeni əsəri üzə çıxıb

22 Yanvar 2020 08:33
0 Şərh     Baxış: 1 290
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur fransız yazıçısı Viktor Hüqonun yazdığı şeir Fransanın şərqində, onun adını daşıyan kollecdə təsadüfən aşkar edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, kollecin işçiləri arxiv sənədləri və mühasibat hesabları saxlanılan dolabların birində Viktor Hüqo tərəfindən imzalanmış "hər kəsin unutduğu" nadir bir əlyazmaya rast gəliblər. Hadisə, yeni il ərəfəsində ümumi təmizləmə işləri aparılan zaman baş verib.

Əlyazmanın təxminən 150 yaşı olsa da çox yaxşı vəziyyətdə qaldığı bildirilir. Hazırda aşkar edilən raritet şüşə altına qoyularaq tədris mərkəzinin direktor otağının divarlarından birini bəzəyir.

Tapılan əlyazmadakı qısa şeir "Kasıb uşaqlar" adlanır. Kollec bu əlyazmanı 1951-ci ildə əldə edib.

Məlumata görə, müəllif doğma şəhəri olan Bezansonda bu əlyazmanı kasıb uşaqlara yardım məqsədi ilə keçirilən lotereyaya hədiyyə edib. Naməlum bukinist həmin əlyazmanı lotereyanın qalibinin oğlundan satın alıb və 1951-ci ildə Viktor Hüqonun adını daşıyan kollecə 6 min franka satıb.

Əlyazmadakı şeir 1837-ci ildə dərc edilmiş "Daxili səslər" yığmasından olan "Dieu est toujours là" (Tanrı hər zaman burdadır) əsərinin bir hissəsidir.

Bezansondakı kollec, Fransada Viktor Hüqonun adını daşıyan ilk təhsil müəssisəsidir. Onun adı kollecə 1885-ci ildə yazıçının dəfnindən bir gün sonra verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.