Maraqlı

Google Chrome-un yeni funksiyası mobil istifadəçilər üçün çox faydalı olacaq

23 Yanvar 2020 23:45
0 Şərh     Baxış: 962
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Google şirkəti Chrome brauzerinin yeni funksiyasını sınaqdan keçirir.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeni funksiya Android əməliyyat sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulub.

"Suggest to close Tabs" adlandırılan funksiya istifadəçilərə açıq qalan, lakin istifadə edilməyən artıq səhifə və proqramları bağlamağı məsləhət görür.

Yeni funksiya "Chrome Canary"nin 81 nömrəli eksperimental quruluşunu, həmçinin xüsusi bayraq chrome: //flags "Chrome 79"un stabil quruluşunu aktivləşdirdikdən sonra işə düşür.

Funksiya işə salındıqdan sonra, o, aktivləşir və "Chrome"da hansı səhifə nə zaman açıldığı və ən son nə vaxt istifadə olunduğu halları təhlil edir.

Qeyd edək ki, yeni funksiyanın məsləhətinə əməl etmək mütləq deyil, sadəcə faydalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.