Maraqlı

“Hər şey burnumdakı sızanaqdan başladı” – 8 dəfə onkoloji əməliyyat keçirən aparıcı

18 Yanvar 2020 19:07
0 Şərh     Baxış: 1 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın məşhur teleaparıcısı Kira Proşutinskaya bir neçə aydır xərçənglə mübarizə aparır. Bir müddət xəstəliyini gizlətsə də, artıq insanları bu mövzuda maarifləndirən qadın düzgün müalicə üçün nələr lazım olduğunu təbliğ edir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, hər şey bir neçə il öncə burnunun ucunda çıxan sızanaqdan sonra başladı. Həkimə getsə də, hətta yaxın professor belə heç nə olmadığını bildirib.

"Amma sızanağın daha da ağırlaşdığını görüb, terapevt məni Kaşirskiy onkoloji mərkəzinə göndərdilər. Orda burnuma baxan kimi dedilər: Bu vaxta qədər hardaydız, niyə gecikmisiz? Məni təcili əməliyyata aldılar. Ya öləcəkdim, ya da əlil olacaqdım. Hər şeyə hazır idim və çox qorxurdum".

Üzündə 8 əməliyyat keçirən qadın xəstəliyi geridə qoymağı bacardı.
74 yaşlı aparıcı indi də peşəsini davam etdirir, cəmiyyətə aktiv qatılır.

O, hər kəsi burunda olan ən xırda sızanağa qarşı diqqətli olnağa çağırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.