Maraqlı

Ötən il ən çox saxtalaşdırılan smartfonlar açıqlanıb

16 Yanvar 2020 08:59
0 Şərh     Baxış: 1 415

Çinin "Master Lu" saytında 2019-cu ildə saxta qurğu istehsalçıları arasında ən çox tələb olunan smartfoların reytinqi dərc edilib. Siyahıya həm brendlər, həm də müxtəlif istehsalçılara məxsus qurğular daxildir.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, məlumata görə, ötən il həm aktual olan, həm də əvvəlki illərdə buraxılan modellər saxtalaşdırılıb. Statistikada smartfonların məhsuldarlığının yoxlanılması üçün proqramın işə salındığı modellər yer alıb. Antireytinqdə populyarlığına görə ilk yerləri "Samsung" və "Apple" tutub. Bu brendlərin saxta qurğularının payı müvafiq olaraq 28,7 və 15,88 faiz təşkil edib.
 
Saytın versiyasına görə ən çox saxtalaşdırılan model Çində böyük populyarlıq qazanan "Samsung W2018" smartfonu olub. "Master Lu" saytında bu brendli saxta qurğular 4688 dəfə qeydə alınıb. İkinci yerdə "Apple iPhone 8", üçüncüdə "iPhone XS Max" (müvafiq olaraq 4445 və 2499 dəfə) qərarlaşıb.
 
Antireytinq onluğuna, həmçinin "iPhone X", "Samsung W2019", "Galaxy S8+", "Xiaomi Mi Max", "Mi 9", "OPPO R11 Plus" eləcə də "OnePlus 7 Pro" modelləri daxildir. İl ərzində "Master Lu" əlavəsi vasitəsilə ümumilikdə 6 639 704 smartfon test edilib. Onun nəticəsində 57 790 qurğunun saxta olması aşkarlanıb.
 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.