Maraqlı

Kosmetik vasitələr təhlükəlidir?

18 Yanvar 2020 23:15
9 Şərh     Baxış: 1 517

"Günümüzdə həm qadınlar, həm də kişilər müxtəlif kosmetik vasitələrindən istifadə edirlər.  Kosmetikaların verdiyi təhlükənin zərərlərini biliəndən sonra sonra ən azından ya az istifadə etməli, ya da süni kosmetikaları daha faydalı olan vasitələrə dəyişə bilərsiniz. Elə bilməyin ki, bahalı kosmetik məhsullar faydalıdır. Reklama aldanıb nəinki dərinizi, bütün bədəninizi təhlükəyə atmayın".

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-fitoterapevt Fizuli Hüseynov açıqlayıb.

Həkim vurğulayıb ki, insanların müvəqqəti gözəl görünmələri üçün bu məhsullara o qədər kimyəvi qatqılar qarışdırılır ki, bunlar orqanizmə zərərsiz ötüşə bilməz:

"Bütün kosmetik vasitələrin hazırlanmasında kimyəvi qatqı maddələrindən - ya hamısından ya da yarsından istifadə edirlər. Kosmetik vasitələrin gözəl parlaq, canlı, su tutucu, nəmləndirici, Günəş şüalarını sındırıcı, bronzlaşdırıcı, yumşaldıcı, təravətləndirici, aromatlaşdırıcı, rəngləyici, vaxtlarını uzatmaq üçün tərkibində olan stabilizatorların və s. hamısı kimyəvi maddələrdir. Onlar dəriyə çəkildikdən sonra dəri vasitəsilə bədənə sorulmağa başlayır, belə maddələrin çoxusu bədən tərəfindən xaric oluna bilmir, orqanizmdə depolanaraq xərçəngdən tutmuş, bütün sistem xəstəliklərinin əmələ gəlməsinə səbəb olmaqdadırlar".

Mütəxəssis, orqanizmə bir çox ziyanları olan maddələri belə qruplaşdırıb:  

1. Rəngləyicilər. Kosmetik vasitələrin daxilindəki rəngləyicilərin demək olar hamısı sintetik mənşəlidirlər. Belə rəngləyicilər ya matlaşdırıcı, ya bronzlaşdırıcı ya da parlaqlıq effektləri verməkdədrilər. Rəngləyicilər saç boyasına, sifət, dodaq makiyajı vasitələrinə, Günəş kremlərinə və s. qarışdırılır. Ümumdünya Səhiyyə Təşkilatı da bunları insan dərisi və sağlamlığı üçün olduqca təhlükəli saymaqdadırlar. Bunlar allergiya yaradır, dəridən sorularaq bədəndə sərbəst radikalların artmasına, daha sonra isə xərçəng və sistem xəstəliklərinin əmələ gəlməsinə səbəb olmaqdadırlar.

Daha çox rəngləyici kimi titaniumdioksid maddəsindən istifadə olunur. Bu maddə nanotexnologiya üsulu ilə alınmış maddədir. Günəş şüası ilə təbii qaynaqları parçalayaraq korbonoksid və suya parçalanır, yəni dəriyə çəkdikdə dərini zaman- zaman parçalmağa başlayırlar. Ən təhlükəlisi isə budurki, bu hissəciklər o qədər balacadırlar ki, dəridən sorulduqdan sonra hüceyrənin içinə girə bilir, hüceyrənin genetik quruluşunu belə pozurlar.

2. Alüminium hidrooksid. Bu maddə kosmetikalara bronzlaşdırıcı (yəni kölgəni sındırma makiyajları) effekt verməkdədir. Həddindən artıq allergendir. Bir çox dövlətlərdə qadağan olunub. Dəridən sorularaq daha çox beyin toxumasında toplanırlar, bronzlaşdırıcılardan çox istifadə edən xanımlarda yaddaşsızılıq yaranır, uşaqların iflic doğulmasına səbəb olur.

3. Formaldehid. Formaldehid kosmetik vasitələrə qoruyucu, yəni saxanılma müddətini uzatmaq üçün və aromatlaşdırıcı kimi istifadə edilir. Sələfləri kimi oda həddindən arıq allergendir, allergik rinit, göz qızarması, astma, bronxit xəstəliklərinə səbəb ola bilir. Dəridən sorularaq mədə şirəsi ilə reaksiyaya girdikdə kanserogen maddə əmələ gətitirir, xərçəngə səbəb olur. Formaldehid həmdə çox güclü dezinfeksiyaedicidir.

4. Silikon. Daha çox makiyajlarda istifadə edilir. Sanki dəriyə sellofan yapışdırıb yaşayırsınız. Dərinin nəfəsalmasının qarşısını alır, dərinin təbii təravətini öldürür.

5. Oksibenzon. Günəş kremlərində istifadə edilən qatqı maddəsidir, dəridən çox asanlıqla qana keçə bilir. Qadınlarda endometrioza, hamilələrdə uşaq düşməsinə və uşaqların normadan kiçik doğulmasına səbəb ola bilir.

6. Paraaminbenzoat turşusu. Sifət nəmləndiricilərdə və Günəş kremlərinin hazırlanmasında istifadə edilir. Dəri xərçənginə səbəb olması sübut edilib.

7. Ftalat. Yumşaldıcı kimi parfümlərdə, lasyon, saç laklarında istifadə edilir. Qadınlarda süd vəzi şişlərinə səbəb ola bilir. Yetkinlik yaşına çatmamış qız uşaqlarında süd vəzilərinin inkişafının qarşısını alır.

8. Sink oksid. Müxtəlif kremlərin və şampunların tərkibində büzüşdürücü və göbələk əleyhinə qatqı maddəsi olaraq istifadə edilir. Dərini büzüşdürücü bir təsiri olduğundan dəridə qaşınmalara dərinin qalınlaşmasına səbəb olur.

9. SLS və paraben kimi maddələr şampunlara, yuyucu vasitələrə vurulur. Bunların ziyanlı təsirləri bütün dünya alimləri tərəfindən təsdiq edilib. Dərini qıcıqlandırmaqla bərabər həm də allergendir, dəridən sorularaq sisem xəstəliklərinin əmələ gəlməsini sürətləndirirlər.

Milli.Az

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Mila · 18 Yanvar 23:2822

    Men bir qadin olaraq 16yasimnan bu gune kimi hec vaxd kasmetikadan kirsannan kremnen kimyevi terkibli kasmetika novlerinen isdofade edmemisem hec toylara partilere gedende hec vaxd kasmetikadan enlikden tanalni kremnen isdifade edmisem edmirem edmeremde sebeb deriye uze ziyandi en esas fa gene xesdeliyi salir uze

    Cavab yaz
    • Anonim
      Belə çıxdı ki, · 19 Yanvar 09:4452

      16 yaşacan kosmetikadan istifadə etmisiz?

      Cavab yaz
  • Anonim
    Rəssam · 18 Yanvar 23:5520

    Hər şeyin sünisi ziyanlı və təhlükəlidi!

    Cavab yaz
  • Anonim
    Princess · 18 Yanvar 23:5720

    Men gundelik istifade etmirem. Vacib oldugunda istifade edirem bu da meni cox sixir. Kosmetikaya doze bilmirem.

    Cavab yaz
  • Anonim
    Ana · 19 Yanvar 01:3050

    Daxilinizi kinden nifretden temzileyin insanlara qarşı mehriban dürüst olun namaz qılın quran oxuyun üzünüz nurlu olsun kosmetikayada ehtiyac olmasn.

    Cavab yaz
  • Anonim
    Dopu---->Anaya · 19 Yanvar 09:0421

    Nə gözəl söylədiz.Kaşki bunu dərk edib bacara bilərdik Amin İnşAllah

    Cavab yaz
  • Anonim
    Sovet vətəndaşı · 19 Yanvar 09:4021

    Belədirsə niyə istehsal olunur?

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 19 Yanvar 09:5242

    Zerre qeder kosmetikaya ehtiyyacim yoxdu. Sukur Allahaaaa.

    Cavab yaz
  • Anonim
    Papatya · 19 Yanvar 10:4232

    Bay qadınlar xoşlamır ki baxıram. Bəzənməkdən xoşunuz gəlmir? ))) Söhbət gözəl, çirkin olmaqda deyil ki. Mən şəxsən xoşlayıram. Gördükde de alıram.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.