Maraqlı

VW Atlas Basecamp konsepti seriya şəklində istehsal edilə bilər

11 Yanvar 2020 23:10
0 Şərh     Baxış: 730
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Atlas Basecamp konseptual krossoveri ilk dəfə Nyu-Yorkda avtosalonda nümayiş etdirilib, tezliklə isə onun seriya nüsxəsi istehsal oluna bilər.

Milli.Az ted.az-a istinadən bildirir ki, ötən ilin noyabr ayının sonundan etibarən Basecamp ticarət nişanının qeydiyyatı üçün ərizə verilib ki, bu da avtomobilin gələcək istehsalının birbaşa təsdiqidir. Yolsuzluq üçün yeddi yerlik krossover, brendin müştərilərinin marağına səbəb olub, halbuki konseptual versiya APR tüninq atelyesi mütəxəssislərinin cəlb edilməsi ilə buraxılırdı.

Bundan əlavə, model parlaq kuza, həmçinin genişləndirilmiş 17 düymlük disklər və yolsuzluq şinləri alıb. Avtomobil əlavə işıq və səyahət zamanı çox yük yerləşdirmək üçün geniş yük yeri ilə təchiz edilib. Atlas Basecam-ın kapotunun altında 276 at gücündə olan 3,6 litrlik aqreqat quraşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.