Maraqlı

2019-cu ildə kim daha çox pul itirdi? - SİYAHI

6 Yanvar 2020 20:50
1 Şərh     Baxış: 1 101
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikanın maliyyə və biznes xəbərləri saytı "Business Insider"a görə, 2019-cu ildə sərvəti ən çox azalan biznesmen "Wall Street Journal"ın sahibi Rupert Merdok olub.

Milli.Az bildirir ki, onun sərvəti keçən il 10,2 mlrd dollar və ya 56,7% azalaraq 7,8 mlrd dollarа enib.

R.Merdokun gəlirlərinin bu qədər azalmasına səbəb kimi "Fox"un "Disney"ə satışından əldə etdiyi pulu 6 övladı arasında bölməsi göstərilir.

Qeyd edək ki, Merdokdan sonra gəliri ən çox azalan şəxs isə "Amazon" şirkətinin rəhbəri və şəriki Ceff Bezos olub. Keçən il boşanma səbəbi ilə əlaqədar Bezos həyat yoldaşına 35 mlrd dollar təzminat ödəyib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.