Maraqlı

500 illik məsciddə yanlışlıq aşkarlandı

29 Dekabr 2019 20:44
0 Şərh     Baxış: 1 140
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin məşhur Süleymaniyyə məscidində gedən restavrasiya işləri zamanı giriş qapılarından birinin üstündə yanlışlığa yol verildiyi üzə çıxıb.

Milli.Az Kult.az-a istinadən xəbər verir ki, qapının üstündəki lövhələrdə "Sad" surəsinin 49 və 50-ci ayələrinin yeri daha əvvəl aparılan bərpa işləri zamanı dəyişik düşüb.

Belə ki, əslində, 50-ci ayə solda, 49-cu ayə sağda olmalıdır, lakin lövhələr yanlış yerləşdirilib.

Aidiyyəti qurumlar bu yanlışlığın düzəldilməsinin uzun proses olduğunu, ona görə də hələ ki belə qalacağını deyiblər.

Qeyd edək ki, Süleymaniyyə məscidi 1550-1557-ci illərdə Memar Sinan tərəfindən inşa edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.