Maraqlı

Toyota yeni kompakt krossover hazırladı

4 Yanvar 2020 20:45
0 Şərh     Baxış: 701
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur Yapon firması yeni kompakt krossover yaratdığını elan edib. Krossover üçün 2017-ci ildə Nyu-Yorkda avtosalonda təqdim olunan Toyota FT-4X konsept-karı əsas kimi götürülüb.

Milli.Az ted.az-a istinadən bildirir ki,  Toyota 4Active adlanan avtomobil ABŞ-ın Alabama ştatında Mazda ilə birgə inşa edilən zavodda istehsal olunacaq. Hələlik yalnız onun Toyota New Global Architecture-C platforması əsasında yaradıldığı və dizaynının futuristik Toyota FJ Cruiser yolsuzluğuna bənzədiyi məlumdur.

Toyota 4Active şirkətin yolsuzluq avtomobillərinin model xəttində Toyota C-HR və Toyota RAV4 arasında yer tutacaq. Yeniliyin rəqibləri Jeep Compass, KİA Seltos və Nissan Rogue Sport kompakt krossoverləri olacaq.

Toyota 4Active-nin təqdimat və istehsalının başlanması müddəti hələ açıqlanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.