Maraqlı

Dronlara 12 saat müddətində uçmağa imkan verən akkumulyator təqdim edilib

4 Yanvar 2020 20:15
0 Şərh     Baxış: 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müasir litium-ion batareyalar pilotsuz idarə olunan təyyarələrə ən çoxu 30 dəqiqə uçmağa imkan verir. Bu amil belə qurğuların tətbiq sahəsini xeyli məhdudlaşdırır. Çin alimləri tərəfindən hazırlanmış metanolla işləyən batareya drone 12 saat müddətində havada qalmağa imkan verir.

illi.Az ictnews.az-a istinadən bildirir ki, Çin şirkətləri qlobal pilotsuz təyyarələr bazarında liderlik edirlər. Qiymətləndirmələrə görə, "DJI" şirkətinin dron bazarında payı 70%-dən çoxdur. Ancaq "Rainbow" seriyasına məxsus çox ağır çəkili hərbi uçan aparatlarda da uçuş müddəti ürəkaçan deyil. Metanol əsasında işləyən yeni akkumulyator texnologiyası "Feye UAV Technology şirkəti" tərəfindən Dalyan Kimya Fizikası İnstitutu və Çin Elmlər Akademiyası ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

Yeni akkumulyatorla təchiz edilmiş ilk işlək prototipin hazırlanmasına 2 il vaxt sərf edilib. 15 kq ağırlığında olan "FY-36" pilotsuz təyyarəsi 12 saat müddətində havada uça bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.