Maraqlı

Şahzadə 25 yaşını qeyd edir - FOTO

29 Dekabr 2019 21:14
0 Şərh     Baxış: 874
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 29-da Yaponiyanın vəliəhd-şahzadəsi Akişinonun qızı şahzadə Kakonun 25 yaşı tamam olur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şahzadə Kako ötən payız Tokio Beynəlxalq Xristian Universitetində ali təhsilini başa vurub. Ötən il o, bir çox tədbirlərdə, o cümlədən İmperator Naruhitonun taxta çıxması mərasimində iştirak edib.

Şahzadə, həmçinin iyun ayında ilk dəfə anasının adından uşaq kitablarına mükafatların təqdim edilməsi mərasiminə qatılıb. Həmin mərasimdəki nitqini hazırlamaq üçün şahzadə bütün namizədlərin kitablarını mütaliə edib.

Şahzadə Kako xaricə ilk səfərini də cari ilin sentyabrında reallaşdırıb. Həmin səfər zamanı o, Yaponiya ilə qarşılıqlı münasibətlərin qurulmasının 150 illiyini qeyd edən Avstriya və Macarıstanda olub. Bu səfər ərəfəsində şahzadə həmin ölkələrin tarixinə və mədəniyyətinə dair kitablar mütaliə edib, mütəxəssislərlə məsləhətləşib.

İmperator dəftərxanasının yaydığı məlumata görə, şahzadə Kako gələn il gündəliyin həsr edildiyi məsələləri öyrəndikdən sonra hansı tədbirlərə qatılacağını müəyyən edəcək.

Bazar günü səhər saatlarında Şahzadənin İmperator Naruhitonu və İmperatriçə Masakonu, həmçinin Fəxri İmperatoru və Fəxri İmperatriçəni ziyarət edəcəyi də bildirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.