Maraqlı

“Samsung” süni intellekt üçün çip təqdim edib

2 Yanvar 2020 19:45
0 Şərh     Baxış: 465
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Baidu" və "Samsung Electronics" şirkəti yarımkeçiricilər bazarında əməkdaşlığa başlayıblar. Şirkətlər süni intellekt, bulud və periferiya hesablamaları ilə bağlı məsələlərin həlli üçün nəzərdə tutulmuş "Baidu Kunlun" çipi hazırlayıblar.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, çip "Baidu" şirkətində hazırlanmış neyron prosessorlar üçün arxitekturadan, həmçinin 14 nm-lik texnoloji proses və "Samsung"un "I-Cube" həllindən istifadə edir.

Yenilik 512 Qbit/s yaddaş ötürmə qabiliyyətinə və 260 TOPS məhsuldarlığa malikdir.

"Samsung"un fabriklərində hazırlanacaq çipin kütləvi istehsalı 2020-ci ilin əvvəlinə nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.