Maraqlı

Tesla-nın səhmləri rekord qırdı

31 Dekabr 2019 11:55
0 Şərh     Baxış: 669
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Elektrikli avtomobil (elektromobil) istehsalçısı Tesla-nın səhmləri dünən ilk dəfə 420 dolları keçib.

Milli.Az marja.az-a istinadən bildirir ki, Tesla-nın Çin banklarından maliyyə cəlb ediləcəyi xəbəri şirkətin səhmlərinin dünən rekord qırmasına səbəb olub. "Marja" xəbər verir ki, səhmlər 4% ətrafında bahalaşaraq 422.01 dollar olub.

Şirkətin Şanxaydakı zavodunda istehsal etdiyi Model 3 elektrikli avtomobillər üçün Çin banklarından 10 milyard yuan (1.4 milyard dollar) kredit alacağı bildirilir. Mövzuya dair açıqlamanın bu həftə veriləcəyi gözlənilir. 

Tesla-nın səhmləri 23 Oktyabrda açıqlanan sürpriz mənfəət rəqəmindən bu yana 65% bahalaşıb. Şirkətin İcraçı direktoru Elon Musk dünən Twitterdə "səhmlərin çox yüksəldiyi" mesajını paylaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.