Maraqlı

Məzarına nəzarət üçün kameralar quraşdırılıb

27 Dekabr 2019 06:30
0 Şərh     Baxış: 1 597
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Böyük Britaniyada Karl Marksın məzarına nəzarət üçün müşahidə kameraları quraşdırılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, müşahidə cihazları abidənin hər iki tərəfindəki ağacların gövdəsinə quraşdırılıb. Cihazların yerləşdirilməsində məqsəd məzara edilən hücumların qarşısını almaqdır.

Bu, qəbiristanlıqda kameralar tərəfindən müşahidə edilən ilk məzardır.

Xatirladaq ki, Londonun "Highgate" qəbiristanlığında yerləşən məzar 2019-cu ilin fevral ayında 2 dəfə vandal hücuma məruz qalmışdı. Vandallar Marksın məzarı üzərindəki başdaşını çəkiclə qırıb, həmçinin onun üzərindəki yazıları silmişdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.