Maraqlı

Bu telefonla yalnız ölülərlə danışırlar və... - İNANILMAZ - FOTO

25 Dekabr 2019 07:07
0 Şərh     Baxış: 1 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanın sevdiyi şəxsləri itirməsi, onlarla vidalaşmaq fürsəti belə tapa bilməməsi ürək dağlayan vəziyyətdir.

Milli.Az xəbər verir ki, yaponlar bu ağrılı mənzərəni "Kaze no Denwa" adını verdikləri külək telefonu ilə həll etmək istəyirlər.

İçərisində telefonun olduğu bu köşk, Otsuçi şəhərindəki kiçik bir təpənin üzərində yerləşir. Onun gözlərdən bu qədər uzaqda olmasının səbəbi insanların ağrılarını yaşayarkən tək qalması üçündür.

72 yaşlı İtaru Sasaki layihəni 2011-ci ildə baş verən zəlzələ və sunamidən sonra reallaşdırmağa qərar verib. Həmin fəlakətdə yaxınını itirən Sasaki təklifi ilə bağlı bunları deyib: "Düşüncələrimin, içimdə qalan cümlələrin telefon xətti ilə çatdırılması qeyri-mümkün olduğu üçün onları küləklə göndərmək istədim".

Köşk barədə mətbuatda informasiya getdikdən sonra ora kütləvi axın olub. Dünyasını dəyişən yaxınlarına, sevdiklərinə söyləyəcək sözləri olan minlərlə insan telefonla danışmaqla kifayətlənməyib, oradakı qeyd dəftərinə ürək sözlərini də yazıblar.

Sasaki psixoloji məqam haqda bunları deyib: "Bu telefon heç bir yerə bağlı deyil, insanlar sanki qarşılarında onları dinləyən biri varmış kimi danışırlar. Dünyasını dəyişən yaxınlarımıza söyləyə bilmədiyimiz sözlərin yüküylə yaşamaq çox çətin olduğu üçün bu xətt az da olsa, yüngülləşmək imkanı verir". (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.