Maraqlı

Süni boya istifadə edilmədən rəngli hala gətirilən şokoladlar

26 Dekabr 2019 22:55
0 Şərh     Baxış: 1 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir qrup elm insanı, süni boya istifadə etmədən müxtəlif rənglərdə parıldaya bilən şokoladlar hazırlamağı bacardı. Sürix Universitetinin alimləri, şokoladların səthini göyqurşağı kimi rəng dəyişdirə bilən hala gətirdilər.

Şokolad sevilən və yüksək kalorisi ilə insanlara həm enerji, həm də xoşbəxtlik verən şirin qidadır. Geniş çeşiddə ağ, südlü və acı olmaqla üç növ olan şokoladlar, istehsal edildiyi şirkətə görə həm dad, həm də dizayn olaraq müxtəlif çeşiddə olur. Şokoladların rəngləri isə ya təbii rəngi olan qəhvərəngi olurdu, ya da süni boyalar istifadə edilərək bu rənglər dəyişdirilə bilirdi.

Rənglər müxtəlif şəkildə dəyişdirilə bilsə də, şokoladlar hər dəfəə sabit bir rəngə sahib idi. Bir qrup elm insanı isə bu vəziyyəti bir addım daha irəli daşımaq üçün işlərə başladı. Sürix Universitetinin alimi Patrik Rühs, Etyen Ceffroy və fizika alimi Henninq Qalinski, ənənəvi yollardan ayrılaralaq şokoladları daha rəngli hala gətirmək üçün bir araya gəldi və bunun üçün bir yol tapdı.

Ənənəvi üsullardan qırağa çıxmaq istəyən araşdırmaçılar, bu layihədə hər hansı bir şəkildə süni boya istifadə etmədilər və daha fərqli bir həll tapdılar. Şokoladı bütöv bir örtmə ilə əhatə edən araşdırmaçılar, şokoladın alt səthində rəngli bir parlamağa səbəb olacaq bir təzyiq üsulu ilə şokoladın alt səthini parlaq bir hala gətirməyi bacardılar. Bunun üzərinə bir miqdar daha yaxşılaşdırma edən elm insanları, bu səthi daha rəngli və daha parlaq hala gətirərək fərqli bucaqlardan baxıldığında rəngi dəyişən şokoladlar hazırladılar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.