Maraqlı

Resident Evil 3 personajları dəyişdirilir

26 Dekabr 2019 08:31
0 Şərh     Baxış: 778
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İlkin sifarişə qapılarını açan "Resident Evil 3 Remake" oyununun son versiyasında bəzi personajlar yenilənəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, oyunun yenilənməsini və satışını həyata keçirən "Capcom" şirkəti "Resident Evil 2 Remake"in  uğur qazanmasından sonra 3-cü versiya üçün hazırlıq işlərinə başlayıb. 1999-cu ildə satışa çıxarılan ilk versiya oyun həvəskarlarının ciddi marağına səbəb olmuşdu.

Son versiya həm ssenarisi, həm də atmosferi ilə triller janrının ən yaxşılarındandır. 3 aprel 2020-ci ildə təqdim olunacaq oyuna "Resident Evil 3: Escape" adı veriləcəyi düşünülür. Bundan əlavə, proyektin 90% yekunlaşdığı deyilir.

Orijinal versiyanın mövzusunu işləyəcək "RE 3 Remake" üçün hansısa gecikmə gözlənilmir. Bundan başqa, təqdimat çarxındakı birinci şəxs nişançı görünüş yerini çiyin üstündən görünüşə verəcək.

Sözügedən versiyada dəyişdirilən personajlar arasında oyunun əsas qəhrəmanı Jill Valentine, silah taciri Carlos Oliveira və Raccoon Polis İdarəsi kimi adlandırılan komandada yer alan Brad Vickers də var.

"Resident Evil 3 Remake"də bir nəfərin dörd nəfərə qarşı vuruşduğu sistem də var.

"Resident Evil: Resistance"dəki xəritələrin də son versiyaya əlavə edildiyini açıqlayan şirkət nümayəndələri "Resident Evil 2 Remake"də qazandıqları uğuru təkrarlamağı planlayırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.