Maraqlı

Facebook PlayGiga-nı aldı

24 Dekabr 2019 23:55
0 Şərh     Baxış: 1 024
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Facebook şirkəti cloud gaming texnologiyası üzərində çalışan PlayGiga adlı startapı aldı. Məlumata əsasən bu müqavilə Facebook şirkətinə 78 milyon dollara başa gəldi. Bu barədə Techcrunch saytı xəbər verib. PlayGiga startapı 2013-cü ildə təsis edilib. O öz ilk investisiyasını Adara Ventures şirkətindən əldə edib. Hələ bu ilin may ayında PlayGiga-nın general direktoru Javier Polo qeyd etmişdi ki, startap 5G şəbəkələrində streaming oyun texnologiyalarının yaradılması üçün telekommunikasiya şirkətləri ilə əməkdaşlıq edir.

Milli.Az technote.az-a istinadən bildirir ki, həmin texnologiyalar isə oyunçuları smartfon sektoruna cəlb etməlidirlər. Sözügedən startap həmçinin Intel Visual Cloud platforması üzərində oyun servisini də yaradıb. Həmin servis vasitəsilə telekommunikasiya şirkətləri öz müştərilərinə streaming oyun xidmətlərini təklif edə bilirlər. Qeyd etmək lazımdır ki, hal hazırda Facebook-un oyun servislərindən ayda 700 milyondan çox istifadəçi istifadə edir. Bu il şirkət həmçinin oyun mərkəzini sosial şəbəkənin əsas səhifəsinə əlavə etdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.