Maraqlı

Bu qidalar sürətli yaşlanmağa səbəb olur

21 Dekabr 2019 22:35
1 Şərh     Baxış: 1 473
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qidaların bədənimizə və sağlamlığımıza bir çox təsiri var. Hamımız dərimizin daha parlaq və canlı görünməsini istəyərik, və bunun üçün istehlak etdiyimiz qidalar mühüm rol oynayır. Xüsusilə şəkər, sağlam olmayan yağlar, həddindən artıq duz, alkoqol və hətta kafein ehtiva edən qidalar bədənimizdəki əhəmiyyətli zülalları sıradan çıxarır. Bu vəziyyət bədənimizin susuz qalmasına gətirib çıxarır və bundan ilk təsir alan dərimiz olur. Bəs, hansı qidalardan uzaq durmalıyıq?

Milli.Az deyerler.org-a istinadən bildirir ki, artıq hamımız şəkərin nə qədər zərərli olduğunu bilirik. Çəki artımından, qırışıqların meydana gəlməsinə və dərinin sallanmasına qədər bir çox zərəri var.

Tez bişən qidalar, qızarmış yağlar, marqarin, konservlər trans yağ ehtiva edir. Trans yağlar ürək xəstəliyi riskini artırmaqdan başqa eyni zamanda damarlarınızı sərtləşdirir.

Bu vəziyyət, dəridəki qan dövranını zəiflədir və erkən yaşlanmağa səbəb olur.

Duz bədənin su tutmasına səbəb olaraq şişə gətirib çıxarır. Bundan əlavə, hüceyrələrin kiçilməsinə səbəb olaraq susuzluğa gətirib çıxarır. Bədən susuz qaldıqda dəri qırışır və daha erkən yaşlanır.

Bir çox adam tərəfindən sevilən kolbasa ətlərində çox miqdarda duz və qoruyucu maddə var. İşlənmiş ətlərin istehlakı iltihablanmanı artırır.

Bundan əlavə, bu məhsullar bədəndəki C vitamini miqdarını salır və bu da kollagen yaranması baxımından çox əhəmiyyətlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.